Körpələrin zehnini inkişaf etdirən faktorlar

Körpələrin zehnini inkişaf etdirən faktorlar

Hamiləlikdə düzgün qidalanın

Beynimizdə milyonlarla  neyron var. Onların inkişafı hamiləlik dövründə başlayır. Bunun üçün hamilə qadınlar daima yoxlanmalı və sağlam qidalanmalıdırlar. Mümkün olduqa stresdən uzaq olun. Musiqi dinləyin.

Mütləq əmizdirin

Araşdırmalar ana südünün zehni inkişaf üzərindəki təsirini göstərir. Xüsusilə məktəb dövründəki uşaqlarını performansında ana südü almış olmaq vacib bir fərq yaradır. Bundan əlavə əmzirmə ananında anaya toxunan və göz təması quran körpənin beynindəki qan axışını artırır. Əlavə olaraq,  əmzirmə müddətində ananın körpə ilə yumşaq səs tonu ilə danışması, gülməsi, ona toxunması beyində öyrənmə və hafizə bağlı bölgəyə təsir edir.

Keyfiyyətli və lazimi qədər yuxu almalıdır

Körpəlikdən uşağın lazimi qədər yuxusunu almasına diqqət etmək lazımdır. Yuxu beyinin inkişafında vacib nüanslardan biridir.

0-2 yaş arasında televizor izlətməyin

Beyin inkişafının yüzdə 70-80-ni bu yaş dövründə tamamlanır. Bu dövrdə ona təsir edəcək qüvvələrdən uzaq olmalıdır. Beynə mənfi təsir edən televizordan uzaq böyüdün. Ən çox bir saat televizor izləsəniz belə bunu birlikdə edin.

Dünyayı toxunaraq öyrənməsinə icazə verin

Uşaqlar dünyanı toxunaraq öyrənməyə çalışırlar. Ona görə əllərinə aldıqları hərşeyi ağızlarına aparırlar. Uşağın təhlükəsizliyini təmin edərək buna icazə vermək lazımdır.

Sevdiyi fəaliyyətlərə məşğul edin

Uşaqdan gələn təklifə hər zaman qulaq vermək lazımdır. Yeddi aylıq körpənin yeməyi yeməsi üçün əlinə qaşıq vermək belə onun cəhdlərini dəstəkləmək kimi olacaqdır. Bu onun inkişafına kömək edəcəkdir.


Digər

Şərh bildir

Şərh yoxdur