
Körpənizin yuxu rejiminin düzgün tənzim olunması üçün məsləhətlər
Körpəniz daha yaxşı yatmağa başladıqdan sonra onun necə səbirli, sakit, mehriban olacağını hiss edəcəksiniz. Uşağı düzgün yuxu rejiminə öyrədərək nəticədə özünüzə istirahət üçün əlavə vaxt qazanmış olursunuz. Yuxu rejimini normaya salmaq üçün sizə bir neçə məsləhət təqdim edirik.
1. Bələmək.
Doğuşdan 4-5 ayına kimi uşaqlar anadangəlmə qorxu refleksinə malik olurlar. Bu zaman uşaq özünü yıxılırmış kimi hiss edir, nəticədə qəfil hərəkətlər edərək yuxudan oyanır. Bələnmək nəticəsində uşağın qorxub oyanmasının qarşısı alınır.
2. Gündüz yuxusuna limit qoyun.
Yatmış körpəni oyatmaq çətin olsa da, gündüz yuxu saatlarının çox olması nəticəsində gecə yuxusu azala bilər. Əgər uşaq 2-2,5 saatdan artıq yatarsa onu oyadıb yedizdirib, bir müddət oyaq saxlayıb yenidən yuxuya verə bilərsiniz. Nəticədə gecə yuxusu daha yaxşı tənzimlənmiş olacaq.
3. Uca olmayan səslərdən istifadə edin.
Körpənizin yatdığı otaqda çox aşağı həddə musiqi qoya bilərsiniz. Bu zaman o, yatarkən də səsə öyrəşəcək və tez-tez oyanmayacaq.
4. Yuxudan oyanmaq, yemək, oynamaq, yatmaq ardıcıllığına riayət edin.
Körpə yuxudan oyanan kimi daha çox enerjili olduğu üçün yeməyə meyilli olacaq. Bu ardıcıllıqla davam etdikdə körpəniz yemək vaxtını yatmaq vaxtı ilə uyğunlaşdırmayacaq.
5. Yuxu öncəsi daimi qaydalardan istifadə edin.
Özünüzə və körpənizə uyğun gələn qaydaları seçin. Belə qaydalara aiddir: körpəni otağına aparın, pərdələri bağlayın, uca olmayan həzin musiqi qoşun, layla oxuyun, gözəl sözlər deyin və s. Həmçinin bu qaydalara çimmək, masaj, nağıl oxumanı da əlavə edə bilərsiniz. Hər dəfə bu qaydaları yerinə yetirdikdə körpəniz artıq yuxu vaxtının gəldiyindən xəbərdar olacaq.
6. Bezin dəyişmə vaxtına diqqət edin.
Körpə gecə saatlarında oyandıqda dərhal bezini dəyişib bələyin. Sonra yeməyini verin. Əgər bezi yeməkdən sonra dəyişsəniz uşaq artıq çox oyanmış olacaq və gec yuxuya gedəcək.
7. Daha tez yuxuya getməsi üçün daha çox oyaq saxlamayın.
Uşaq daha çox oyaq qaldıqda və yorulub yuxuya getdikdə yuxusu da qısa olacaq
Şərh yoxdur