
Uşaq bezi dəyişimində incə məqamlar
Uşaq bezləri istehsalatı davam etdiyi müddətcə uşaq bezlərinin düzgün geyindirilmə məsələsi hər zaman gündəm mövzusu olaraq qalacaq. Bu kimi mövzular video formatında, fotolarla və bir çox məqalələrlə insanlara çatdırılmağa çalışılsada yenə də belə həssas məsələdə valideynlərin xəta etdikləri qarşımıza çıxır. Bir çox valideynlərimiz də düzgün bağlanılmayan uşaq bezinin ortaya çıxartdığı sızma kimi amilləri uşaq bezi istehsal edən firmanın keyfiyyət indeksinin aşağı olması kimi qiymətləndirirlər.
Bəzən uşaq bezini yanlış formada geyindirmək, valideynin işinin çox olması, yorğun olması, televiziyada gedən serialın həyəcanını qaçırtmamaq istəməsi dövrlərində baş verə bilir.
Yuxarı yaşda uşaqları olan valideynlərə aşağıda qeyd olunan mövzulara daha ehtiyyatla yanaşmalarını tövsiyyə olunur.
1. Uşağınızın yeni bezini ayaq üstə geyindirməməyə diqqət edin.
2. Uşağınızın yeni bezini yatılı halda lakin əynini çıxartmadan geyindirməməyə diqqət edin.
3. Uşağınızın bezinin zamanında dəyişdirməyə diqqət edin.
4. 3 yaşdan sonra uşağınızı sərbəst olaraq tuvaletə getməyi öyrəşdirin.
Bununla yanaşı daha yeni valideynlərin də diqqət etmələri lazım olan müəyyən məsələlər var ki, bunları aşağıda oxuya bilərsiniz. Yeni ana - ata olanlara məsləhət. Ataları da bura daxil etmə səbəbimiz budur ki, yeni həyat qurmuş ailələr yeni ortaya çıxan problemlərin həllində müştərək davranmalı və yeni ananı tək buraxmamalıdırlar.
1. Körpənin altını mütləq qaydada rahat və təmiz örtü ilə örtülmüş düz yerdə dəyişdirməlisiniz.
2. Köhnə bezi çıxarın və körpənizin altını hər dəfəsində təmiz bir nəm salfet ilə aşağıdan yuxarıya doğru silin.
3. Körpənin altının tam quruluğundan əmin olduqdan sonra yumuşaldıcı krem sürtün.
4. Təmizlik prosesi yekunlaşdıqdan sonra körpənizin yanını yumuşaq formada yuxarı qaldıraraq altına təmiz bezi qoyursunuz. Çox sıxmayacaq amma düşəcək qədər də bol olmayacaq formada bezi yapışdırırsınız.
Proses bəndlərdəki kimi uzun uzadı görünməsin, başlama ilə bitiş arasında 2 dəqiqə 20 saniyə vaxtınız gedəcək :)
1 Şərh
Zehra
sifarisler nece saat muddetinde catdirilir